Dünən futbol üzrə Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatının yarımfinal mərhələsi yekunlaşdı.
Modern.az-ın məlumatına görə, dünən ən güclü ikinci cütlüyün mübarizəsində Almaniya İspaniya millisi qarşılaşıb. İki gün incə Uruqvay üzərindəki qələbə (3:2) sayəsində adını ilk olaraq finala yazdıran Hollandiyanın həlledici oyundakı rəqibi müəyyənləşdi. Mundiala Avropa çempionu kimi gələn İspaniya nəhayət bu DÇ-də çempionluq həsrətinə son qoymağı arzulayırdı. Almanlar bu mərhələyədək İngiltərəni 4:1, Argentinanı 4:0 hesabıyla məğlub etməklə, finala çıxmaq yolunda ispanlardan daha şanslı görünürdülər. Lakin ispanlar bir qol sayəsində alman maşınını dayandırdılar. Nəticədə almanların finala çıxmaqla yanaşı, 2008-ci ildəki qitə çempionatında yenildikləri ispanlardan qisas almaq istəyi də baş tutmayıb. İndiyədək dünya çempionu olmayan İspaniya millisi isə tarixində ilk dəfə mundialın finalına vəsiqə qazanıb. Beləliklə, iyulun 11-də keçiriləcək final matçında İspaniya ilə Hollandiya yeni dünya çempionunun kimliyinə aydınlıq gətirəcək. Almaniya isə iyulun 10-da yarımfinalın digər məğlub komandası Uruqvayla 3-cü yer uğrunda oyun keçirəcək. 1/2 final 6 iyul 23:30 Uruqvay – Hollandiya 2:3 7 iyul 23:30 Almaniya - İspaniya 0:1 3-cü yer uğrunda oyun 10 iyul 23:30 Almaniya - Uruqvay Final 11 iyul 23:30 İspaniya - Hollandiya Modern.az