Modern.az

Əhməd Davudoğlu: “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”

Əhməd Davudoğlu: “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək”

15 İyul 2010, 09:36

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu millət vəkili Süleyman Yağızın deputat sorğusuna yazılı cavabında Dağlıq Qarabağ və Türkiyə-Ermənistan əlaqələri ilə bağlı son vəziyyəti şərh edib (AzərTAc). Modern.az xəbər verir ki, “Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək” deyən Davudoğlu qeyd edib ki,  Azərbaycanla münasibətlər beynəlxalq əlaqələrdə müstəsna bir yerə sahibdir və hökumət bu məsələdə verdiyi sözü hər zaman tutacaq. “Ermənistanla aparılan normallaşma prosesində də Azərbaycanın mənafeləri heç bir zaman arxa planda olmamışdır”.

Əhməd Davudoğlu daha sonra əlavə edib ki,  Cənubi Qafqaz bölgəsində münaqişə atmosferi bütün ölkələrə ziyan vurur və Türkiyənin Ermənistanla protokol imzalamasının əsas məqsədi sabitliyə nail olmaq idi. Lakin, bu protokollar əvvəlcə parlamentlərdə ratifikasiya olunmalıdır. “Biz dəfələrlə bəyan etmişik ki, bölgədə sülhə və sabitliyə nail olmaq üçün Türkiyə-Ermənistan əlaqələrinin normallaşması kifayət deyildir. Ermənistan-Azərbaycan münaqişəsinin həllində də konkret nəticələr əldə olunmalıdır. Bu iki proses paralel olaraq davam etməlidir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə