Modern.az

Qafar Çaxmaqlı: “Ermənilər “yubiley”i yeni iddialarla qeyd edəcək”

Qafar Çaxmaqlı: “Ermənilər “yubiley”i yeni iddialarla qeyd edəcək”

Təhsil

20 Avqust 2014, 10:30


““Erməni soyqırımı” ilə bağlı kompleks tədbirlər keçirilir. Bildiyimiz kimi, “yubiley”lə əlaqədar dövlət komissiyası yaradılıb və komissiyaya Ermənistanın dövlət başçısı rəhbərlik edir”.

Bunu Modern.az-a açıqlamasında jurnalist-tədqiqatçı, ermənişünas alim Qafar Çaxmaqlı deyib. O, qondarma erməni soyqrımının 100 illiyi ilə bağlı ermənilərin yeni hansı iddialarla çıxış edəcəyi barədə danışarkən qeyd edib ki, ermənilərin yeni iddialarından biri Naxçıvana sahiblənmədir: “Ənənəvi təbliğatla yanaşı bu tədbirlərin içində “Dağlıq Qarabağ Respublikası”nın tanıdılması planları da var və bir neçə yerdə buna nail olublar. Onlar belə işləyirlər. Harada mümkündürsə, orada niyyətlərini ortaya qoyurlar. Bunun tendensiya halına gətirilməsi və bu qondarma qurumun tanıdılması gələcəkdə başağrısı olacaq. İmkan daxilində daha çox yerdə tarixdə olmayan bir yalanı yaymaq istəyəcəklər. Bunun üçün çoxlu filmlər çəkilib.

Türkiyənin Şərqi Anadolu vilayətlərinə iddialar daha kəskin şəkildə səslənəcək. Ermənilərin yeni iddialarından biri Naxçıvana sahiblənməkdi. Gürcüstanın Cavaxetiya vilayətinə də iddialar var”.

Misranə Həsənzadə    

Sizə yeni x var
Keçid et
İranda ŞOK SƏFƏRBƏRLİK - Uşaqlar döyüşə çağırıldı