Modern.az

Xəzər rayonunda ağır qətl hadisəsi törədilib

Xəzər rayonunda ağır qətl hadisəsi törədilib

16 İyul 2010, 10:52
Baş Prokurorluq Bakının Xəzər rayonunda törədilən ağır qətl hadisəsi barəsə rəsmi məlumat yayıb. Modern.az xəbər verir ki, Baş Prokurorluun məlumatına görə, bu il iyunun 20-də saat 24.00 radələrində qabaqcadan əlbir olan 1957-ci il təvəllüdlü Məmmədov Valet Məmməd oğlu və onun qeyri-qəsmi ər-arvad kimi yaşadığı Əliyeva Lalə Qiyas qızının Xəzər rayonu, Albalılıq bağlar massivi, Namazov küçəsi 2, 1566 saylı bağ evində yaşayan Səbinə adlı şəxslə aralarında qısqanclıq zəminində mübahisə baş verib.

Mübahisə zamanı L.Əliyeva özündə olmuş lezviya ilə Səbinənin boğaz nahiyəsini kəsib, V.Məmmədov isə bıçaqla sonuncuya bir neçə zərbə endirərək qəsdən öldürüb, sonra meyiti həmin evin içərisində çala qazaraq basdırıblar. İyulun 16-da Xəzər rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə fotoşəkillər çəkilməklə baxış keçirilib, meyitin xarici müayinəsi aparılıb, hadisə yerindən cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı V.Məmmədov və L.Əliyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibbi ekspertizaları təyin olunub. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən A.Məmmədov və L.Əliyeva saxlanılıb və onlar dindirilərkən törətdikləri cinayət əməlini tam etiraf ediblər.

Hazırda iş üzrə istintaq Xəzər rayon prokurorluğunda davam etdirilir.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə