Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İranın döclət başçısı Mahmud Əhmədinejata başsağlığı verib. Başsağlığında bildirilib: Hörmətli cənab Prezident, Zahedan şəhərində baş vermiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!