Türkiyə və Ermənistan arasında ikitərəfli münasibətlərin nizamlanmasını nəzərdə tutan protokollar imzalanmasa da, hər iki ölkənin gəncləri mədəni işbirliyində təmsil olunmağa imkan tapıb.
Modern.az türk mətbuatına istinadən xəbər verir ki, erməni və türk musiqiçilər iki ölkə arasında sıfır münasibətə baxmayaraq, mədəni əlaqələri gücləndirməyə qərar veriblər.
Erməni və türk musiqiçilərdən ibarət 65 nəfərdən ibarət Türkiyə-Ermənistan Gənclər Simfonik Orkestri (qeyd edək ki, Türk dilli respubilkaların belə bir orkestri yoxdur-Modern.az ) yaradılıb.
Orkestr artıq İstanbuldakı Camal Rəşid bəy Konsert Salonunda ilk konsertini də verib. Konserti erməni tərəfdən Nvart Andriesyan, türk tərəfdən Cem Mansur idarə edib. Konsert proqramında yaşları 18-23 olan erməni və türk musiqiçilər hər iki ölkənin bəstəkarlarının əsərlərini ifa ediblər.