Modern.az

Əhmədinejatın Türk gəlini

Əhmədinejatın Türk gəlini

19 İyul 2010, 10:05

İran prezidenti Mahmud Əhmədinejatın bacısı oğlu Əli Rza Cəlali İstanbulda düzənlənən təntənəli toy mərasimi ilə türk qızı Məsumə Onursan ilə evlənib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Əli Rza Cəlali Məsumə ilə təhsil aldıqları Tehran universitetində tanış olub.  Bu həftə ikinci bir toy məclisi də Tehranda olacaq. Dini təhsillərini başa vurmuş gənc ailə cütü artıq İstanbuldan Tehrana yollanıb. İstanbuldakı toy mərasiminə  jurnalistlər buraxılmayıb. Mərasim  güclü təhləksizlik tədbirləri altında keçib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə