British Midland International (bmi) və “Qəbələ” futbol Klubu futbol azarkeşləri üçün onlayn müsabiqə keçirir. Müsabiqədə futbol azarkeşlərindən “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” tapmaq xahiş olunur.
Müsabiqənin məqsədi Azərbaycanın futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir. Birinci yerin sahibi Londona pulsuz ikitərəfli bilet qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə də hədiyyələr veriləcək. Müsabiqənin tam şərtləri ilə “Qəbələ” FK-nın İnternet səhifəsində tanış olmaq olar (www.gabalafc.az).
Futbol müsabiqəsi təşəbbüsünü şərh edən bmi şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova qeyd edib: “Futbol sadəcə oyun deyil. Mən düşünürəm ki, bir müddət əvvəl futbol üzrə dünya çempionatı atmosferinin hamı tərəfindən hiss edilməsi də buna sübutdur. Futbol insanları daha yaxın və daha xoşbəxt edir. bmi müasir Britaniya hava yollarıdır və baxmayaraq ki, Britaniya futbolu İngiltərədə keçmişdə yaranıb, o da müasirləşib. bmi şirkəti Azərbaycanda futbol dünyasının bir hissəsi olmağa şaddır və biz müsabiqənin başlanmasına hazırıq”.
“Qəbələ” FK-nın İcraçı Direktoru Alastair Saverimutto müsabiqə haqqında fikirlərini bölüşərkən deyib: “Biz “Qəbələ” FK-da yeni və həyəcanlı bir dövrə daxil oluruq və bizim uzunmüddətli uğurlarımızın əsas açarı bizim insanlarımız və biliklərimizdədir. Aydındır ki, biz digər futbol xalqlarından həm meydanda, həm də meydandan kənarda çox şeylər öyrənə bilərik və İngiltərə Premyer Liqasının klublarından öyrənmək imkanı sözsüz ki, bizim inkişafımızı sürətləndirəcək. Biz bu təşəbbüsü çox dəstəkləyirik və cavabları nəzərdən keçirməyi, öz azarkeşlərimizlə və ümumilikdə, futbol izləyiciləri ilə ünsiyyətdə olmağı səbirsizliklə gözləyirik”.
Müsabiqədə iştirak edəcək şəxslərin yaşı 18-dən yuxarı olmalıdır. Futbol azarkeşləri “Qəbələ” FK-nın səhifəsinə (www.gabalafc.az) baş çəkməklə müsabiqədə iştirak edə bilərlər. Müsabiqənin şərtləri və qaydaları haqda məlumatı azarkeşlər klubun İnternet səhifəsindən, Facebook səhifəsindən və klubun Facebook qrupundan əldə edə bilərlər. Müsabiqə iyulun 20-də başlayır və Avqustun 8-də bitəcək. Avqustun 8-dən gec göndərilən yazılar nəzərdən keçirilməyəcək.
Modern.az