Modern.az

Prezident "Respublika" mehmanxanası ilə tanış olub

Prezident "Respublika" mehmanxanası ilə tanış olub

20 İyul 2010, 20:11

"Respublika" mehmanxanası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Respublika" mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olub.
Görülən işlər barədə dövlət başçısına məlumat verilib. Bildirilib ki, yenidənqurma işlərini yerli və xarici mütəxəssislərdən ibarət inşaat briqadası həyata keçirib. İnşaat işlərində 140-a yaxın fəhlə və mütəxəssis iştirak edib, təmir və yenidənqurma işləri ən müasir standartlara uyğun şəkildə aparılıb. Qonaqların rahatlığını təmin etmək məqsədi ilə mehmanxanada müxtəlif idman qurğuları da quraşdırılıb.
12 mərtəbəli mehmanxanada 30 nömrəlik geniş və yaraşıqlı otaqlar ən müasir standartlara cavab verir. Mehmanxanada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans salonu da yaradılıb. Qonaqlara yüksək səviyyəli iaşə xidməti göstərmək üçün restoran və kafelər fəaliyyət göstərir.
Azərbaycan Prezidenti və xanımı görülən işlərlə yaxından tanış oldular, mehmanxananın eyvanından şəhərin panoramını seyr ediblər.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə