Modern.az

Qara dərili ailədə sarışın körpə doğulub

Qara dərili ailədə sarışın körpə doğulub

Təhsil

21 İyul 2010, 09:42

İngiltərdə baş vermiş bir hadisə dünya mediasında əsil şok yaradıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə yaşayan nigeriyalı qara dərili ailə sarışın, mavi gözlü körpə dünyaya gətirib. Albinos olmadığı bildirilən körpənin doğulması alimləri xeyli heyrətləndirib.  Londonun cənubunda Woolwich  şəhərində yaşayan nigeriyalı  Ihegboro cütü sarışın mavi gözlu körpələri ilə ölkədə diqqət mərkəzindədir.    İngiltərədə nəşr olunan “The Sun” qəzeti xəbəri eksklüziv olaraq bütün dünyaya çatdırıb. Xəbər ölkədə partlayış effekti yaradıb. Anası baş verənləri belə xatırlayır: “Körpəmi mənə verəndə dilim tutuldu. Öncə oyuncaq körpə düşündüm. Qızım çox gözəl və onun dərisinin rənginin mənim üçün önəmi yoxdur. O bir möcüzə körpədir. Lakin hələ də nələr baş verdiyini anlaya bilmirəm”.

 

Atası körpəsini görəndə çaşdığını, “bu körpə mənimmi?” dediyini bildirib.  Dəmiryolu inşaat mütəxəssisi olan 44 yaşlı Ben Ihegboro körpəsinin albinos olmadından əminidir. “Nəslimizdə heç bir bəyaz yoxdur. Lakin genetik dəyişikliklərdən baş verdiyini düşündük”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə