Modern.az

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun nəticələri məlumdur

Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulun nəticələri məlumdur

Təhsil

21 İyul 2010, 10:45
2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermiş abituriyentlər arasında müvafiq ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə keçirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “Fövqəladə hallar və həyat təhlükəsizliyi” ixtisasına keçid balı 331, “Yanğın təhlükəsizliyi” ixtisasına isə keçid balı 274 olub.

Azərbaycan Tibb Universitetinin “Hərbi həkim işi” ixtisasına keçid balı 363, C.Naxçıvanski adına Hərbi Liseyə (Bakı ş.) müsabiqə nəticəsində keçid balı 210, H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan ş.) isə 150 bal olub.

Qəbul olmuş tələbələrin siyahısı müvafiq nazirliklərə göndərilib.

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə