Modern.az

İsrail Türkiyəni "təhlükəli ölkələr" siyahısından çıxartdı

İsrail Türkiyəni "təhlükəli ölkələr" siyahısından çıxartdı

Təhsil

21 İyul 2010, 13:43

İsrail “Mavi Mərmərə” gəmisi ilə bağlı hadisədən sonar "təhlükəli ölkə" elan etdiyi Türkiyəni yenidən "etibarlı ölkə" adlandırıb. “Yerusəlim Post”un xəbərinə görə, İsrail Terrorla Mübarizə Dairəsi dünən, Türkiyəni "İsrailli turistlər üçün etibarlı olmayan ölkələr" siyahısından çıxarıb.

“Mavi Mərmərə” hadisəsindən sonra iki ölkə arasında yaşanan qalmaqala baxmayaraq, İsraildən Türkiyəyə turistlər gedirdi.

İsrail Terrorla Mübarizə Dairəsi tərəfindən verilən şərhdə vəziyyətin normala dönməsi səbəbiylə Türkiyənin "təhlükəli ölkələr" siyahısından çıxarıldığı bəyan edilib.

Terrorla Mübarizə Dairəsinin rəhbəri Elkana Har-Nof bu məlumatın israilli turistlərin artıq Türkiyəyə rahatca və qorxmadan səyahət edə biləcəkləri anlamına gəldiyini söyləyib. Har-Nof "Türkiyədə son bir yarım aydır hər hansı bir İsrail əleyhdarlığı nümayiş etmədi. Kəşfiyyat hesabatlarına görə israillilərə qarşı artıq hər hansı bir terror təhdidi yoxdur" deyib.

O, dünyanın başqa yerlərində olduğu kimi, Türkiyədə də israillilərin yəhudi şəxsiyyəti və ya Tövratla əlaqədar mövzularda mübahisəyə girməmələri üçün tövsiyyələr verib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə