Modern.az

“Qalatasaray” yeni forma seçir

“Qalatasaray” yeni forma seçir

Təhsil

21 İyul 2010, 14:52

Ötən mövsüm bənövşəyi forma seçimi ilə diqqıətləri özünə çəkən Türkiyənin “Qalatasaray” klubu bu il yeni rənglə meydanlarda görünməyə hazırlaşır. Sarı-qırmızılılar yeni sezona "qızılbalıq" rəngində olan forma ilə başlayacaqlar. Türkiyə mətbuatı yazır ki, “Qalatasaray” 2010-2011 mövsümündə geyəcəyi formaların təqdimatını iyulun 27-də keçirəcək.   Yeri gəlmişkən, bu gün Türkiyə futbolunun əzəli rəqibləri “Qalatasaray” və “Fənərbaxça” klubları növbəti dəfə üz-üzə gələcəklər. Bu dəfəki qarşılaşma Spor Toto Dostluq Kuboku çərçivəsində baş tutacaq. Oyun Almaniyanın Mönhenqladbaxın “Borussiya Park” stadionunda keçiriləcək. Bu matç əzəli rəqiblərin sayca 365-ci dueli olacaq. Buna qədərki 138 oyunda “Fənərbaxça”, 116 matçda isə “Qalatasaray” sevinən tərəf olub. “Fənərbaxça”nın vurduğu 511 qola “Qalatasaray” 463 dəfə cavab verə bilib. “Fənərbaxça” – “Qalatasaray” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə