Avstriyada aparılan araşdırmada mobil telefonun daha bir zərərli təsiri daha ortaya çıxarıldı.
Xarici mətbuatın məlumatına görə, araşdırma zamanı məlum olub ki, ən az 4 il müdətində mobil telefon istifadə edən insanlarda "tinnitus" adlı qulaq narahatlığı riski iki dəfə artıq imiş.
Viyana Universitetinin elm adamlarına görə, gündə ortalama 10 dəqiqə mobil telefonla danışanlarda bu narahatlığa tutulma riski yüzdə 71 nisbətində artır. İldə 160 saat mobil telefonla danışan adamda isə risk yüzdə 60 olaraq təyin olunub. Mütəxəssislər mobil telefondan yayılan radiasiyanın iç qulaqda ziyan meydana gətirə biləcəyinə diqqət çəkir.