Modern.az

Azərbaycan çempionu bu axşam Polşada sınağa çəkiləcək

Azərbaycan çempionu bu axşam Polşada sınağa çəkiləcək

Təhsil

21 İyul 2010, 16:59

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəya başlayan Bakının “İnter” futbol klubu bu gecə Polşada “Lex” komandasına qarşı cavab oyununa çıxacaq.
Bu komandalar arasında Bakıda keçirilən ilk oyun Polşa futbolçularının 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
“İnter”-“Lex” cütünün qalibi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Metallurq” (Latviya)–“Sparta” (Çexiya) cütünün qalibi ilə qarşılaşacaq. Poznanın “Meyski” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. Qarşılaşmanı serbiyalı hakim Milorad Majiç idarə edəcək.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə