Modern.az

Nazirlik satışda saxta limonadlar aşkar edib

Nazirlik satışda saxta limonadlar aşkar edib

Təhsil

21 İyul 2010, 19:07

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilmiş növbəti monitorinqlər zamanı 0,5 litrlik şüşə butulkada qablaşdırılmış “Golden Graal” adlı limonadların etiketində yararlılıq müddətinin normativ sənədlərdə müəyyən olunmuş müddətdən artıq göstərildiyi aşkar edilib.

Bununla əlaqədar, “Golden Graal” limonadlarının istehsal edildiyi Abşeron rayonu, Məhəmmədli qəsəbəsində Rauf Novruzova məxsus istehsalat sahəsində sərinləşdirici içkilərin istehsalı və satışının qanunauyğunluğunun yoxlanılmasına başlanılıb.
Yoxlama zamanı “Golden Graal” əmtəə nişanından qanunsuz istifadə edilərək eyni  əmtəə nişanlı saxta düşes, tərxun, qızılgül limonadları, şaftalı və albalı şirələrinin və qazlı suların istehsal edildiyi müəyyən olunub. Bundan başqa, düşes, tərxun, qızılgül limonadlarının, şaftalı və albalı şirələrinin yararlılıq müddətinin normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, qazlı suların uyğunluq və gigiyenik sertifikatları olmadan istehsal edildiyi aşkarlanıb. Bundan başqa, məlum olub ki, müəssisədə antisanitariya şəraiti hökm sürür və yeyinti məhsullarının istehsalı üçün müvafiq şərait yoxdur.
Müəssisədə istehsal olunan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Modern.az
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə