Ermənistan prezidenti Serj Sərkisyan paytaxt İrəvanın sakinlərini boğaza yığıb. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, diasporadakı erməni gəncləri ilə görüşə gedən Sərkisyan İrəvanda əsil avtomobil tıxacı yaradaraq sakinləri hövsələdən çıxarıb. Paytaxt sakinləri Sərkisyanı söyüşlərə qərq ediblər. Sərkisyan onları - nə az, nə çox 40 dəqiqə gözlədib. Erməni mətbuatı Sərkisyanın şəhər nəqliyyatını iflic edən kortejinin keçməsindən sonra hərəkətin bərpa olunduğunu bildirib