Modern.az

Bakı "İnter"i mübarizəni dayandırdı

Bakı "İnter"i mübarizəni dayandırdı

22 İyul 2010, 10:15

İyulun 21-də UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “İnter” və Polşanın “Lex” komandaları arasında cavab oyunu keçirilib.
Polşanın Poznan şəhərinin “Meyski” stadionunda keçirilən qarşılaşmanın 84-cü dəqiqəsində “İnter”in futbolçusu Girts Karlsonsun vurduğu yeganə qol Azərbaycan komandasını növbəti mərhələyə keçməsinə şərait yaradıb. Çünki Bakıda keçirilən ilk görüş eyni hesabla (1:0) Polşa idmançılarının xeyrinə nəticələnmişdi. Belədə qalibi müəyyənləşdirmək üçün əvvəlcə əlavə vaxt, sonra isə penalti zərbələri təyin etmək lazım gəlib.
Qarşılaşmanın qalibi penalti seriyasında məlum olub. “İnter” rəqibinə uduzub (8:9), beləliklə də mübarizəni dayandırıb.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə