Modern.az

Türkiyəli jurnalistlər Bakıya gəldilər

Türkiyəli jurnalistlər Bakıya gəldilər

22 İyul 2010, 13:33

Modern.az saytı xəbər verir ki, ötən gecə Türkiyəli jurnalistlər qrupu Azərbaycana gəlib. Azərbaycan Parlament Jurnalistləri Birliyinin (PJB) dəvətilə Bakıya səfər edən nümayəndə heyətinini rəhbəri Türkiyə Qəzetçilər Federasiyasının (TGF) sədri Atilla Serteldir. Nümayəndə heyətinin üzvləri isə NTV-nin buro rəhbəri, TGF-nin baş katibi Merih Ak, Sakarya Qəzetçilər Cəmiyyətinin sədri Matur Sefai və Kayseri Qəzetçilər Cəmiyyətinin sədri Vəli Altınkayadır. Elə ötən gecə qonaqlar Parlament Jurnalistləri Birliyinin milli mətbuat bayramı ilə bağlı təşkil etdiyi mərasimə qatılıblar. Mərasimdə türkiyəli jurnalistlərlə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında tanışlıq olub, söhbət aparılıb. Bu gün səhər İctimai Televiziyada çıxış edən, ardından isə Atattürk Mərkəzində mətbuat konfransı keçirən qonaqlar AzərTAc-ın redaksiyasını da ziyarət ediblər. Daha sonra türkiyəli jurnalistlər "Lider" TV-yə baş çəkiblər. Türkiyəli həmkarlarımız bu axşam milli mətbuatın 135 illiyi ilə bağlı “Gülüstan” sarayında gerçəkləşəcək bayram tədbirində də iştirak edəcəklər. PJB sədri Elşad Eyvazlı bildirib ki, qonaqları Prezident Administrasiyasının ictimai-siyası şöbəsinin müdiri Əli Həsənovun da qəbul edəcəyi gözlənilir: “Bundan başqa, türkiyəli həmkarlarımız Pezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyini, Mətbuat Şurasını, bir sıra qəzet redaksiyalarını, agentlikləri zıyarət edəcəklər. Nümayəndə heyəti iyulun 25-də Türkiyəyə dönəcək”. Qeyd edək ki, məhz PJB ilə TGF  arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il Türkiyə mətbuatı üçün “Qarabağ ili” elan olunub və  indiyə qədər Türkiyənin Ankara, İzmir də daxil olmaqla 10-dan artıq bölgəsində “Ermənlərin Azərbaycanfda törətdikləri soyqırım fotolarda” adlı sərgi keçirilib. TGF rəhbərliyi bu ilin sonuna qədər Türkiyənin əksər bölgəsində bu sərgini keçirməyi planlaşdırır. Türkiyəli jurnalistlər Azərbaycan həqiqətlərini yalnız Türkiyə mətbuatında deyil, dünyanın ayrı-ayrı ölkələrinin mətbuatında dərc etmək üçün də çalışacaqlarını bildiriblər. Modern.az  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə