Modern.az

“Fənərbaxça” da yeni mövsüm üçün yeni forma seçdi

“Fənərbaxça” da yeni mövsüm üçün yeni forma seçdi

22 İyul 2010, 15:17

Türkiyənin daha bir məşhur futbol klubu – “Fənərbaxça” da yeni mövsüm üçün yeni forma seçib. Klubun başqan müavini Abdullah Kiyili deyib: "Ən böyük sürprizimiz gerbimizdəki yaşıl rəngdən istifadə edərək hazırladığımız yeni formamız olacaq. Tərəfdarlarımızın bu formanı çox sevəcəyindən əminəm". “Fənərbaxça” 2010-2011-ci illər mövsümü üçün gerbindəki yaşıl rəngidən istifadə edərək yeni bir forma hazırlayıb. Modern.az türk mətbuatına istinadla xəbər verir ki, yaşıl rəngli yeni forma cümə günü təqdim olunacaq.

“Fənərbaxça”nın yeni mövsüm formalarının məzmunları da müəyyənləşib. Sarı-göylü klubun geyəcəyi formaların xüsusiyyətləri də fərqli olacaq. Yəni xüsusi mənalar verəcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə