Bu ilin oktyabrında Türkiyənin Kayseri şəhərində bu ölkənin Qəzetçilər Federasiyasının üzvlərinin növbəti toplantısı keçiriləcək. Bu barədə Modern.az saytına Türkiyə Qəzetçilər Federasiyasının sədri Atilla Sertel məlumat verib. O, qeyd edib ki, toplantıda Türkiyənin bütün bölgələrinin jurnalistləri iştirak edəcəklər: “Biz Azərbaycan Parlament Jurnalistləri Birliyi ilə birgə “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımları fotolarda” sərgisini də həmin vaxt Kayseridə də keçirməyi planlaşdırırıq”.
A.Sertel onu da əlavə edib ki, həmin toplantıda və qeyd edilən sərgidə Türkiyə və Kipr prezidentlərinin iştirakı da gözlənilir.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı isə deyib ki, həmin toplantı və sərgidə Azərbaycan tərəfini yüksək vəzifəli rəsmilərin təmil edəcəyi gözlənilir.
Modern.az