Modern.az

Bakı beynəlxalq dini konfransa hazırlaşır

Bakı beynəlxalq dini konfransa hazırlaşır

26 İyul 2010, 17:18

İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. İclasda bu il aprel ayının 26-27-də Bakıda təşkil olunmuş dini liderlərin Ümumdünya sammitinin nəticələrinin təbliği məsələləri nəzərdən keçirilib, iyun ayının 18-19-da Londonda baş tutmuş “Dinlərarası dialoq: Azərbaycan və konfliktlərin həlli” mövzusunda konfransın yekunları haqqında ümumi məlumatlar dinlənilib, dekabrın 1-2-də paytaxtımızda “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub. Həmçinin, tədbirdə ölkədə dini durumla bağlı informasiya dinlənilib, dini maarifçiliyin gücləndirilməsi və cari məsələlər ətrafında işgüzar fikir mübadiləsi aparılıb.

Komitənin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, Məşvərət Şurasında bu il dekabr ayının əvvəllərində Bakıda keçirilməsi nəzərdə tutulmuş “Dövlət-din münasibətləri: tarixi ənənələr və yeni yanaşmalar” mövzusunda konfransa hazırlıqla əlaqədar məlumat verilib. Bildirilib ki, tədbirə bir çox xarici ölkələrin dövlət qurumlarında dini məsələlərlə məşğul olan rəhbər işçilər, ənənəvi dinlərin liderləri, tanınmış ilahiyyatçılar və politoloqlar dəvət olunub. Dövlət Komitəsinin təşkilatçılığı ilə keçiriləcək bu konfransın dövlət-din münasibətlərinin tarixi inkişaf yoluna çağdaş kriteriyalarla yanaşma baxımından aktual olduğu Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Azərbaycanda Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete və Məşvərət Şurasının digər üzvləri tərəfindən xüsusi vurğulanıb, beynəlxalq konfransın daha yüksək səviyyədə keçirilməsi üçün təkliflər verilib.

  Məşvərət Şurasının üzvləri dini məsələlərdə ölkəmizlə sıx əməkdaşlıq edən digər ictimai xadimlərin də dekabrda keçiriləcək konfransa dəvət olunmalarını tövsiyə ediblər. İclasa Məşvərət Şurasının sədri Hidayət Orucov iclasa yekun vurub.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə