Modern.az

Azərbaycanın “Nabat” filmi Oskar yolunda

Azərbaycanın “Nabat” filmi Oskar yolunda

10 Oktyabr 2014, 14:42

Elçin Musaoğlunun “Nabat” filmi Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiaysının (Academy of Motion Picture Arts and Sciences) ən məşhur və nüfuzlu mükafatı olan “Oskar”a təqdim olunub. Bu barədə Modern.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat veriblər.

Qeyd edək ki, dünya premyerası 5 sentyabr 2014-ci il tarixində 71-ci Venesiya Beynəlxalq Film Festivalında baş tutan ekran əsəri bir çox nüfuzlu beynəlxalq film festivallarına dəvət alıb. Filmin dünya üzrə satış distribütoru “Dreamlab Films”dir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən tammetrajlı bədii filmin filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.


Rüfanə GÜNƏŞ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır