Modern.az

"Qarabağ" Polşada "Visla"nı məğlub etdi

"Qarabağ" Polşada "Visla"nı məğlub etdi

30 İyul 2010, 01:07

Avropa Liqasında mübarizəni davam etdirən yeganə təmsilçimiz Ağdamın “Qarabağ” klubu iyulun 30-a keçən gecə üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Polşanın Krakov şəhərindəki “Hutnik” stadionunda “Visla” ilə qarşılaşıb. "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Oyunun 68-ci dəqiqəsində meydana daxil olan Vüqar Nadirov 20 saniyə sonra qol vurub. Oyunu yüksək səviyyədə keçirən Fərhad Vəliyev isə 90-cı dəqiqədə rəqib oyunçu Juravskinin penalti zərbəsini dəf edib.

Avropa Liqası (üçüncü təsnifat mərhələsi, ilk oyun)

 “Visla” (Polşa) – “Qarabağ” (Azərbaycan) - 0:1

Polşa. Krakov. “Hutnik” stadionu. Hakimlər: Tom Harald Hagen, Sveyn İnqe Uiken, Sven Erik Midtyell, Kristoffer Helqerud (hamısı Norveç). Hakim-inspektor: Peter Cons (İngiltərə). UEFA nümayəndəsi: Buyar Kasmi (Albaniya).

«Visla»: Milan Yovaniç, Erik Çikoş, Mateuş Kovalski, Qordan Bunoza, Petr Brojek, Rafal Boquski, Radoslav Sobolevski, Tomaş İrşak, Draqan Paliç, Pavel Brojek, Matsey Juravski.

“Qarabağ”: Fərhad Vəliyev, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşas Sadiqov, Ruslan Abasov, Əfran İsmayılov, Georgi Adamiya, Andrey Rubins (Emin İmaməliyev, 41), Rauf Əliyev (Vüqar Nadirov, 68).

Qol: Vüqar Nadirov (68) 

Qırmızı vərəqə: Bunozo ("Visla")

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə