Modern.az

Ermənilərdən Türkiyəyə təzminat davası

Ermənilərdən Türkiyəyə təzminat davası

Təhsil

30 İyul 2010, 16:38

ABŞ-da ermənilər 1915-ci il hadisələrində mülklərini itirən varislərinə təzminat tələbiylə Türkiyə dövləti, Türkiyənin Mərkəz və Ziraat Bankına qarşı dava açıblar.

Dava, ABŞ-da ermənilərin ən sıx yaşadığı bölgələrdən biri olan Los Angelsdə Qarbis Davoyan və Hrayr Turabian adlı iki amerikalı erməni hüquqşünas adına açılıb. Onlar ermənilərdən alındığı iddia edilən torpaq, bina, iş yeri, mülk və eyni zamanda bəzi dini və tarixi əsərlər üçün təzminat tələb edir.

Amerikan xəbər agentliyi AP-yə danışan erməni hüquqşünas Mark Qeraqos bu davada iştirak edən hüquqşünasların 1915-ci ildə həyatını itirmiş, ya da bu hadisələrdən qaçanların yaxınları olduğunu deyib: “Bu bizim üçün davaya ayrı bir acı məna verir”.

Açılan davada 1915-ci il hadisələrində bir milyondan artıq erməninin yaşadığı yerdən məcburi çıxarıldığı və qətlə yetirildiyi iddia edilir.

ABŞ-nın Kaliforniya əyalətində 2000 - ci ildə qəbul edilən 1915-ci il hadisələrinin “soyqırım” olaraq tanındığı bir qanunda, hadisələrdə həyatını itirən ermənilərin varislərinin həyat sığortası şirkətlərinə dava açaraq ödəmə aparılmasını tələb etmələrinə imkan verilmişdi. Ancaq keçən il bu təxirə salındı. Buna baxmayaraq ermənilər fransız sığorta şirkəti AXA ilə New York Life İnsurence adlı sığorta şirkətindən onlara 40 milyon dollarlıq ödəmə ediməsini bacardı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə