Modern.az

Seldə ölü sayı 267 oldu

Seldə ölü sayı 267 oldu

Təhsil

30 İyul 2010, 17:12

Pakistanda şiddətli yağışların yol açdığı sel fəlakətində  ölənlərin sayı artır. Xarici mətbuatın məlumatına görə, son üç gündə ən az 267 insan ölüb.

Səlahiyyətli orqanların açıqlamalına görə, sellərdə ölənlərin çoxu son günlərdə musson yağışlarının olduğu şimal-qərb bölgəsinəndir.

Digər məlumata görə şimal-qərb bölgəsində ölənlərin sayı ən az 245 nəfərdir.

Hələ də sulardan insan xilas edən yetkililər ölənlərin sayının daha da artacağından narahatdırlar. Paytaxt İslamabadda ötən gün 152 insanın öldüyü təyyarə qəzasına pis hava şəraitinin təsir göstərdiyi istisna edilmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə