Modern.az

Klintonların qızı nəhayət ərə getdi

Klintonların qızı nəhayət ərə getdi

1 Avqust 2010, 13:03

Amerikanın sabiq prezidenti Bill Klinton və indiki dövlət katibi Hillari Klintonun tək qızları Çelsi yəhudi əsilli bankir Mark Mezvinski ilə Nyu-Yorkun Hudson çayı sahilindəki möhtəşəm malikanədə evləndi.

 

Klintonlar nikah mərasiminin ardından verdikləri açıqlamada Çelsi və Markın “Astor Courts” malikanəsində, ailə üzvləri və yaxın dostlarının qatıldığı gözəl bir mərasimlə evlənmələrini böyük bir qürur və həyəcanla izlədiklərini deyiblər.

 

Dünənki mərasimə 400-dən çox qonaq qatılıb. Onların arasında məşhur similar da olub.

 

Çelsi və Mark Stanford Universitetini bitiriblər. Cütlük Mezvinskinin “G3 Capital” adlı bir maliyyə quruluşunda çalışır.  

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə