Modern.az

Türkiyə Silahlı Qüvvələrinin Yüksək Əsgəri Şurası toplanıb: Başbuğ gedir, Koşaner gəlir

Türkiyə Silahlı Qüvvələrinin Yüksək Əsgəri Şurası toplanıb: Başbuğ gedir, Koşaner gəlir

1 Avqust 2010, 13:42

Bu gün səhər Ankarada Türkiyə Silahlı Qüvvələrinin Yüksək Əsgəri Şurasının (YAŞ) toplantısı başlayıb. Modern.az xəbər verir ki, CNN Türk-ün məlumatına görə, Silahlı Qüvvələrin Baş Qərargahında keçirilən toplantıda Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edir. Toplantıya Silahlı Qüvvələrin Baş Qərargah rəisi orgeneral İlker Başbuğ, müdafiə naziri Vəcdi Könül, Quru Qoşunları komandanı orgeneral İşıq Koşaner, Dəniz Qüvvələri komandanı Oramiral Əşrəf Uğur İgid, Hava Qüvvələri komandanı orgeneral Həsən Aksay, Jandarma baş komandanı orgeneral Atilla İşıq, Ordu komandirləri orgenerallar Həsən İğsız, Necdət Özəl, Saldıray Berk, Egey Ordusu komandiri orgeneral Xeyiri Kıvrıkoğlu, Baş Qərargah rəisinin müavini orgeneral Aslan Güner, Quru Qüvvələri Komandirliyi Təhsil və Doktrina komandiri orgeneral Ərdal Ceylanoğlu, Quru Qüvvələri Komandirliyi Qərargah rəisi orgeneral Bəkir Kalyoncu, Donanma komandiri oramiral Əmin Murad Bilgel, Hərb Akademiyaları komandiri orgeneral Hüseyn Nüsrət Daşdalar, Baş Qərargah rəisi müavininin köməkçisi orgeneral Bilgin Balanlı qatılıb.

 

Yığıncaq əvvəlində mətbuat mənsublarına iki ayrı qrup halında qısa çəkiliş aparmalarına icazə verilib.

 

Toplantıda general, admiral və polkovniklərin bir üst rütbəyə yüksəldilməsi, general və admiralların vəzifə müddətlərinin uzadılması və təqaüdə göndərilməsi məsələlərinə baxılacaq.

 

Toplantıda baxılacaq ən əsas məsələ isə Baş Qərargahın yeni rəisinin və jandarma baş komandanının təyinatıdır. Baş Qərargah rəisi orgeneral İlkər Başbuğ və Jandarma baş komandanı orgeneral Atilla İşıq avqustun 30-dan xidmət müddətini başa vuraraq təqaüdə çıxıb. Türkiyə Silahlı Qüvvələrinin qüvvədə olan qanunvericilik aktlarına əsasən, Baş Qərargah rəisi postuna Quru Qoşunlarının komandanı orgeneral İşıq Koşanerin təyinatı gözlənilir. Koşaner bu vəzifədə təqaüdə çıxacağı müddətə qədər – yəni 3 il çalışacaq. Şurada 35-ə yaxın general və admiralın rütbəsinin artırılması, 45 polkovnikə isə general və admiral rütbələrinin verilməsi gözlənilir. Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə