Bu gün 2011-ci ildə Humanitar Əməkdaşlıq üzrə İkinci Azərbaycan-Rusiya Forumuna hazırlıqla bağlı məsələləri müzakirə edilib. Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan və Rusiya prezident administrasiyalarının rəhbərləri Ramiz Mehdiyev və Sergey Narışkin iştirak ediblər. Moskva və Bakı Azərbaycan və Rusiya, eləcə də başqa ölkələr də cəlb olunmaqla Humanitar Əməkdaşlıq üzrə Forumun müntəzəm keçirilməsinə tərəfdar olduqlarını bəyan edib.
“Biz Azərbaycan ərazisində bu tədbiri hər il keçirmək və onu ənənəyə çevirmək niyyətindəyik. Biz bu forumun beynəlxalq xarakter almasına tərəfdarıq”, - deyə R.Mehdiyev görüşdə bildirib.
R.Mehdiyev qeyd edib ki, başqa ölkələrdən də tanınmış xadimlərin foruma dəvət edilməsi yaxşı olardı.
Öz növbəsində S.Narışkin " Rusiya belə görüşlərin müntəzəm keçirilərək, onların ənənəvi və beynəlxalq xarakter alması ideyasını dəstəkləyir”, - deyib. O qeyd edib ki, forum iki ölkə prezidentlərinin patronajı altında keçirilir.