Modern.az

"Qarabağ" klubu dünya reytinqində irəlilədi

"Qarabağ" klubu dünya reytinqində irəlilədi

2 Avqust 2010, 15:03

Son vaxtlar Avroliqa turnirində uğurlu çıxış edən Ağdamın "Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının açıqladığı reytinq cədvəlində 102 pillə irəliləyib.
Klubların Dünya reytinq cədvəlində "Qarabağ" 88,5 xalla 189-cu pilləyə yüksəlib. "Qarabağ" öncəki reytinqdə 291-ci olmuşdu.
Bu arada Avropa Liqasının "Qarabağ" - "Visla" oyununun biletləri də satışa çıxarılıb. Ağdam klubunun rəsmi saytı xəbər verir ki, Avroliqanın 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində avqustun 5-ində baş tutacaq matçın biletlərini bu gündən etibarən respublika stadionunun kassalarından və AFFA-nın satış nöqtələrindən əldə etmək olar. 1-27-ə qədər nömrəli sektorlarların biletlərinin qiyməti istisnasız 1 manat, VİP C və VİP D sektorlarının qiyməti isə 10 manatdır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə