Modern.az

Çeçen mücahidlərinin lideri istefa verib

Çeçen mücahidlərinin lideri istefa verib

3 Avqust 2010, 01:55

Çeçenistanın ruslara qarşı döyüşən mücahidlərinin lideri Doku Umarov istefa verdiyini bəyan edib. 46 yaşlı Umarovun çıxışının yazıldığı video internetdə yayımlanıb. Kafkazcentr.com saytında yayımlanan videoda o deyir ki, vəzifəsini gənc varisinə həvalə edir.
Videoda danışan və Umarov olduğu deyilən şəxs onunla yanaşı oturan Aslambek Vadalovun silahlılara liderlik etmək üçün daha enerjili olduğunu deyir. Video Fransadakı video-paylaşma vebsaytında yayımlanıb və sonradan saytdan çıxarılıb.

Videoda Doku Umarov olduğu deyilən şəxs bildirib ki, o Rusiyanın Qafqazda hökmranlığına qarşı "cihad"ı şəxsən davam etdirəcək.

Doku Umarov bu ilin əvvəlində Moskva metrosunda törədilmiş və 40 adamın ölümü ilə nəticələnən bomba partlayışına görə məsuliyyəti öz üzərinə götürmüşdü. Umarov 1996-99-cu illərdə çeçen mücahid hökumətində təhlükəsizlik naziri vəzifəsində çalışıb.
Rusiya dövləti onü tanınmış terrorçu, Şimali Qafqazda müsəlmanların yaşadığı ərazilərə nəzarət etmək istəyən və özünü "Qafqaz Əmirliyi" adlandıran silahlı hərəkatın başçısı kimi tanıyır.
Onu həmçinin ABŞ Dövlət Departamenti rəsmən "terrorçu" elan edib.
 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə