Modern.az

Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə müzakirələr aparıb

Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə müzakirələr aparıb

3 Avqust 2010, 13:51

Dünən ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin rəhbəri Jaklin Karpenter Azərbaycan Mətbuat Şurasında olub. Görüşdə ATƏT-in Bakı ofisinin Azərbaycan Mətbuat Şurası ilə diffamasiya və jurnalist peşəkarlığına dair birgə layihəsi ilə bağlı fikir mübadilələri aparılıb.

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi bu ilin martında diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək, paralel olaraq KİV təmsilçilərinin peşə prinsiplərinə riayət etmələri sahəsindəki vəziyyəti yaxşılaşdırmaq üçün birgə layihəyə start verib. Layihənin başlıca hədəfi diffamasiya haqqında qanun layihəsini hazırlayaraq onu ölkə parlamentinə təqdim etməkdən, həmçinin Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarını təkmilləşdirərək KİV nümayəndələrinin onu qəbul etmələrinə nail olmaqdan ibarətdir.

MŞ sədri Əflatun Amaşov mövcud istiqamətlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib. J.Karpenter də təmsil olunduğu təşkilatın layihə ilə bağlı reallaşdırdığı təşəbbüslərdən söhbət açıb. Hər iki qurumun fəaliyyətindəki ayrı-ayrı məqamlar təhlil olunub. Görülən işlərin layihə çərçivəsində ümumilişdərmələr aparmaq üçün yetərli olduğu vurğulanıb. Belə qərara alınıb ki, bu il sentyabrın ilk ongünlüyündə Bakıda medianın özünütənzimləməsi ilə bağlı geniş beynəlxalq konfrans keçirilsin. Buna hazırlıq üçün isə iki «dəyirmi masa»nın təşkili məqbul sayılıb. Onlardan birinin avqustun 12-də, digərinin isə həmin ayın sonunda düzənlənməsi razılığına gəlinib. Tədbirlərdə KİV təmsilçilərinin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ılə dəyərləndirmələrin aparılması nəzərdə tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə