2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəmiş abituriyentlərin ixtisas seçimi 03 avqust 2010-cu il saat 14:00-da başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, ixtisas seçimi iyulun 25-dən internet vasitəsilə aparılırdı və müsabiqədə iştirak hüququ olan abituriyentlərdən 32241 nəfəri “Elktron ixtisas seçimi ərzəsi”ni təsdiq edib.
Modern.az