Modern.az

Azərbaycandan Rusiyaya kömək getdi

Azərbaycandan Rusiyaya kömək getdi

4 Avqust 2010, 10:30

Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) iki helikopteri Rusiyada davam edən meşə yanğınlarının söndürülməsində iştirak etmək üçün qonşu ölkəyə uçub.

Fövqəladə Hallar Nazirliyinin aviasiya qrupunun rəhbəri Əşrəf Qasımov jurnalistlərə bildirib ki, Ми-17 və Ка-32А markalı helikopterlər 4 qrupda 19 nəfərlik şəxsi heyətlə Voronej və Lipetskə uçublar. Onun sözlərinə görə, helikopterlər Rusiyada 2 həftə müddətində yanğınların söndürülməsində iştirak edəcək.

Ə.Qasımov bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi daha artıq müddətə Rusiyada yanğınsöndürmə əməliyyatında iştirak edəcək, həm texnika, həm də şəxsi heyətin sayını artıracaq.

Qeyd edək ki, Rusiyanın fövqəladə hallar naziri Sergey Şoyqu bir neçə gün öncə etiraf edib ki, Rusiyanı bürüyən yanğınların bəziləri nəzarətdən çıxıb. Yanğınların spndürülməsinə 10 mindən çox yanğınsöndürən cəlb edilib.
Rusiyanın 7 regionunu bürüyən meşə yanğınları üzündən prezident Dmitri Medvedev həmin bölgələrdə fövqəladə vəziyyət élan edib. Yanğınlar nəticəsində 100-lərlə ev yanıb, ölənlərin sayı 40 nəfəri keçib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə