Modern.az

Xəzərdə boğulan iki əmiqızının meyiti tapılıb

Xəzərdə boğulan iki əmiqızının meyiti tapılıb

4 Avqust 2010, 13:13

Avqustun 3-də axşam saatlarında Xəzər dənizinin Buzovna qəsəbəsinə yaxın ərazisində Bakı şəhər sakin, 13 yaşlı Güllü Əzizova və 11 yaşlı Kürdəmir rayon sakini Gülnar Əzizova çimərkən boğulublar.

Fövqəladə Hallar Nazirliyinin bu gün yaydığı məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıcları dənizin nəzarət olunmayan hissəsində batmış 1997-ci il təvəllüdlü Güllü Nəriman qızı Əzizova və 1999-cu il təvəllüdlü Gülnar Cavanşir qızı Əzizovanın cəsədlərini artıq tapıblar.  Dalğıc-xilasediciləri tərəfindən tapılan meyitlər ailələrinə təhvil verilib.
Onların əmiqızı olduqları bildirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə