Modern.az

Alman diplomat Türkiyənin Qarabağ danışıqlarında iştirakını istəmir

Alman diplomat Türkiyənin Qarabağ danışıqlarında iştirakını istəmir

4 Avqust 2010, 18:00

Minsk qrupu formatının genişləndirilməsinə ehtiyac yoxdur. Modern.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Ermənistandakı səfiri Xans-Yoxen Şmidt bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bəyan edib. 

«Siyasi mənada mən hansısa digər mexanizmlər hesabına Minsk qrupu formatının genişləndirilməsini məqsədyönlü hesab etmirəm. Düşünürəm ki, Ermənistan və ATƏT-in Minsk qrupu arasında belə bir razılaşma mövcuddur ki, İrəvan Qarabağ münaqişəsinin həllində həmsədrlərlə işləməyə daha artıq üstünlük verir»,-deyə səfir bildirib.

 

Diplomat Türkiyənin Qarabağ nizamlama prosesində iştirakı məsələsinə toxunaraq, qeyd edib ki, Ankaranın nizamlama prosesinə cəlb olunması danışıqların effektiv aparılmasına xidmət etməyəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə