Modern.az

Brayzanın səfirliyi Dövlət Departamenti və Senat arasında qalıb

Brayzanın səfirliyi  Dövlət Departamenti və Senat arasında qalıb

5 Avqust 2010, 15:16

ABŞ Dövlət Departamenti Amerikanın Azərbaycandakı səfiri postuna Metyu Brayzanın namizədliyinin təsdiq olunması məqsədilə Senatla danışıqlar aparır. Modern.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisi Filipp Krouli məlumat verib. Amerikanın yeni səfir təyinatları ilə bağlı addımlarına toxunan Krouli  "biz M.Brayza da daxil olmaqla, digər namizədlərlə bağlı mütəmadi əsasda danışıqlar aparırıq” deyib. 

Qeyd edək ki, erməni lobbisinin nümayəndələri öz senatorları vasitəsilə ATƏT-in Minsk qrupunun Qarabağ nizamlanması üzrə keçmiş həmsədri M.Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri təyin olunmasının qarşısını almaq istəyirlər. Onların fikrincə, onun fəaliyyəti ermənilərin maraqlarına zidd olacaq.

Dövlət Departamentinin nümayəndəsi F.Krouli bildirib ki, dövlət katibi H.Klinton senator Kerri ilə söhbətində R.Ford və digər “əsas namizədlərin” namizədliyinə dair Senatın mövqeyi ilə bağlı narahatlığını bildirib. Bununla yanaşı, F.Krouli jurnalistlə razılaşıb ki, bu, həmçinin M.Brayzanın namizədliyinə də aiddir.

“Bu həftə Senatla nə baş verəcəyini görəcəyik. Biz həqiqətən sabah Senat tərəfindən bir sıra təsdiqlər alacağımızı gözləyirik.Ümid edirik ki, həmçinin Cim Cefri Bağdadda, Mett Brayza isə Azərbaycanda səfir olacaq”, - deyə F.Krouli söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə