Modern.az

Medvedev Saakaşvilini ittiham edib

Medvedev Saakaşvilini ittiham edib

5 Avqust 2010, 17:37

Rusiya -Gürcüstan münasibətləri prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə bərpa oluna bilməz. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Dmitri Medvedev bu gün Moskvada jurnalistlərə bildirib.

«Gürcüstan - Rusiya diplomatik münasibətlərinin pozulması heç də bizim günahımız deyil. Baş verənlərə və eləcə də siyasi münasibətlərin pozulmasına görə bütün məsuliyyət Gürcüstan rəhbərliynin, prezident Mixail Saakaşvilinin üzərinə düşür».

Onun sözlərinə görə, Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə bu ölkə ilə tam  normal münasibətlər ola bilməz.

«Lakin bu, o demək deyil ki, Gürcüstanda başqa şəxs hakimiyyətə gəlsə, bu ölkə ilə  münasibətlər bərpa olunmayacaq» deyən Medvedev  əlavə edib ki, Gürcüstanda başqa şəxsin hakimiyyətə gələcəyi təqdirdə çoxəsrlik tarixi olan Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə