st1:*{behavior:url(#ieooui) }
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ” Polşanın “Visla” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda birinci hissədən sonra hesab 3:0 Azərbaycan klubunun xeyrinə olub. İkinci hissədə qonaqlar iki top vurdular. Beləcə “Qarabağ” 3:2 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Polşada keçirilən ilk oyunda da “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanmışdı. Qolları Qarabağ”dan Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov, “Visla” isə Pavel Broşek və Rafal Boquski vurublar.
«Qarabağ»ın pley-off-dakı rəqibi avqustun 6-da İsveçrədə keçiriləcək püşkatmada bilinəcək “QARABAĞ”: 1.Fərhad Vəliyev (k), 5. Maksim Medvedyev, 6. Rəşad Sadiqov, 11. Rauf Əliyev, 13. Samir Abbasov, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 31. Andrey Rubins, 77. Georgi Adamiya. Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 4. Zaur Həşimov, 7. Namiq Yusifov, 8. Aslan Kərmiov, 9. Elvin Məmmədov, 10. Emin İmaməliyev, 17. Vüqar Nadirov. Baş məşqçi: Qurban Qurbanov. “VİSLA”: 1. Milan Yovaniç, 7. Radoslav Sobolevski (k), 8. Pyotr Brojek, 9. Rafal Boquski, 13. Draqan Palyiç, 15. Junior Dias, 16. Tomaş Yirşak, 19. Patrik Maleçki, 22. Erik Çikoş, 24. Mateuş Kovalski, 79. Matey Juravski. Ehtiyat oyunçular: 81. Mariuş Pavelek, 11. Voyçex Lobodzinski, 17. Andrey Kirm, 20. Peter Sinqlar, 23. Pavel Broşek, 28. Sezar Vilk. Baş məşqçi: Henrix Kasperçak. Oyunu 25 mindən artıq azarkeş izləyib.
Modern.az