Modern.az

TQDK-ya qarşı təxribat

TQDK-ya qarşı təxribat

Təhsil

11 Noyabr 2014, 13:21



Modern.az
saytı xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ictimaiyyətə müraciət edib. TQDK-nın mətbuat xidmətinin yaydığı məlumata görə, qurumun apardığı araşdırmalar göstərir ki, Facebook sosial şəbəkəsində TQDK adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir və həmin səhifə və qruplarda imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də Komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir.

“Nəzərinizə çatdırıq ki, TQDK-nın bundan (//www.facebook.com/eTQDK?ref=ts&fref=ts) başqa heç bir rəsmi Facebook səhifəsi fəaliyyət göstərmir. Yalnız bu səhifədə rəsmi məlumatlar verilir və istifadəçilərin suallarına doğru cavablar təqdim olunur. Sizdən xahiş edirik ki, TQDK adı ilə yaradılmış saxta facebbok səhifələrindən istifadə etməyəsiniz”.

TQDK saxta səhifələrin bir çoxunun adlarını ictimaiyyətə təqdim edib:
1. TQDK sualları
2. TQDK tipli suallar
3. TQDK və magistratura
4. Araz, Zirvə, Hədəf və TQDK sualları
5.Test tapşırıqları-TQDK
6.Təhsil TQDK
7. TQDK və abituriyent
8. TQDK kitabları
9. TQDK tarix
10.Məntiq və TQDK
11. TQDK Azərbaycan
12. TQDK 2014 və 2015
13. TQDK-Bilik qiymətləndirilir.

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin əmr verdi - Azərbaycana hücum edin!