Ermənistan general Koşanerin Azərbaycanpərəst olmasından təşvişə düşüb
Ermənistanın news.am informasiya agentliyi Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi, ordu generalı İşıq Koşaneri Azərbaycanpərəst hərbçi kimi təqdim edib. Agentlik "Türk ordusunun başına Azərbaycanpərəst general təyin edildi" başlıqlı xəbər yayıb.
Erməni mətbuatı iddia edib ki, 30 avqustda Genelkurmay başqanlığını İlker Başbuğdan təhvil alacaq ordu generalı İşıq Koşaner Azərbaycan yönümlü şəxs kimi tanınır.
General Koşanerin Azərbaycan Silahlı Qüvvətlərini gücləndirməyə istiqamətli fəaliyyətlərin başında dayandığını iddia edən news.am, Azərbaycan hərbçilərinin Türkiyədə təhsili almasına ən böyük dəstəyin də məhz Koşaner tərəfindən verildiyini bildirib.
Modern.az