Modern.az

Abituriyentlərin ixtiasas seçimi vaxtı uzadılıb

Abituriyentlərin ixtiasas seçimi vaxtı uzadılıb

Təhsil

10 Avqust 2010, 17:42

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi üçün ayrılan vaxt uzadılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi 11 avqust saat 10:00-da başa çatacaq.

Abituriyentlər qeyd olunan vaxtadək internet vasitəsilə qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil etməli və ərizələrini təsdiq etməlidirlər.

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasından (9 illik) ərizə qəbulu üçün ayrılmış vaxt da uzadılıb.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin ərizələrinin qəbulu 11 avqust saat 12:00-də yekunlaşacaq.

Abituriyentlər TQDK-nın internet saytının müvafiq səhifəsində soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin seriyasını və nömrəsini (2010-cu il iyulun 1-dək 16 ya¬şına çatmamış gənclər doğum haqqında şəhadətnamənin seriyasını və nömrəsini daxil edə bilərlər) daxil etməklə qeydiyyatdan keçir və iş nömrəsi ilə şifr əldə edirlər. Sonra iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur və onu doldururlar.

Bundan sonra abituriyentlər tələb olunan sənədlərini Bakı şəhərində TQDK-da, digər bölgələr üzrə isə TQDK-nın regional bölmələrində yaradılmış SQK-ya təqdim etməklə ərizələrini təsdiq etdirirlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə