Modern.az

Türkiyədə "erməni turistlər"in təxribatı

Türkiyədə "erməni turistlər"in təxribatı

Təhsil

13 Avqust 2010, 18:40

İyulun 13-də Türkiyəyə gəlmiş 11 nəfər erməni mənşəli ABŞ və Kanada vətəndaşı Doğubəyazit rayonunda turizm firması nümayəndələrinin müşayiəti ilə Ağrı dağının zirvəsinə çıxaraq orada Ermənistan bayrağı ilə fotoşəkillər çəkdirib və bu şəkilləri internet saytlarında yayıb.
Türk mətbuatının məlumatına görə, artıq Türkiyə polisi erməni mənşəli ABŞ və Kanada vətəndaşının Gürcüstandan keçərək Türkiyə ərazisindəki Ağrı dağa Ermənistan bayrağı sancması faktı üzrə təhqiqat aparır.
Türkiyənin rəsmi orqanları ölkənin Mədəniyyət və Turizm Nazirliyinin bu qrupun bölgəyə gəlməsinə icazə vermədiyini bildirirlər. Lakin ermənilər ABŞ və Kanada pasportlarından istifadə etməklə tranzit yolla çirkin planlarını həyata keçirib.
Türkiyə Alpinistlər Federasiyasının sədri Ələddin Qaraca valiliyə bildirib ki, erməni qrupu öz məqsədlərini qanunsuz yolla fəaliyyət göstərən firma vasitəsilə həyata keçirib. Ağrı dağına hər il rəsmi şəkildə 400-ə yaxın turist gəlir və onların hamısını federasiyanın alpinistləri müşaiyət edirlər.
Ermənilərin bu hərəkəti Türkiyə ictimaiyyətinin qəzəbinə səbəb olub.
AzərTAc-ın məlumatına görə, Türkiyə Böyük Millət Məclisinin deputatları Rahmi Güner, Xəlil Ünlütəpə və Canan Arıtman bü cür hərəkətlərə qarşı qətiyyətli tədbirlər görülməsini tələb ediblər. Onlar vurğulamışlar ki, ermənilərin bu addımı Türkiyə vətəndaşlarını sarsıdıb. Heç kim Türkiyə Cümhuriyyətinin torpaqlarına əcnəbi bayrağı sanca bilməz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə