İranın ən məşhur futbolçularından biri, "Asiya Maradonası" kimi tanınan əslən azərbaycanlı Əli Kərimi Ramazan ayında oruc tutmadığı üçün oynadığı klubdan qovulub.
Modern.az-ın məlumatına görə, bu barədə futbolçunun məxsus olduğu “Stil Az” futbol klubunun internet saytı xəbər verib. Xəbərdə Əli Kəriminin itaət etmədiyi və oruc tutmadığı üçün klubdan qovulduğu bildirilib. Ə.Kəriminin özü isə mətbuata heç bir səhv etmədiyini söyləyib.
Modern.az