Modern.az

APA və onun törəmə saytlarının veb-səhifələri niyə açılmır?

APA və onun törəmə saytlarının veb-səhifələri niyə açılmır?

Təhsil

16 Avqust 2010, 14:11

İki gündür “Azəri-press” İnformasiya Agentliyinin (www.apa.az) və onun törəmə xəbər saytları olan lent.az, vesti.az və apasport.az portallarının saytlarının işində problem yaranıb. APA qrupun texniki məsələlər üzrə departamentindən verilən məlumata görə, problem saytların yerləşdiyi serverlərin DNS serverinin hakerlər tərəfindən dağıdılması ilə əlaqədardır.

DNS serverin dağılması səbəbindən saytların domen adları dayanıb və giriş məhdudlaşıb. Hazırda saytlara yalnız İP vasitəsi ilə giriş mümkündür.

Departamentdən bildirilib ki, agentliklərin veb səhifələri heç bir zərər görməyib və hazırda saytların yenilənməsi prosesi davam edir.

Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, APA qrupa DNS server xidməti göstərən ABŞ şirkətinin istifadəçi serveri (account server) Rusiyanın www.antichat.ru saytının hakerleri tərəfindən dağıdılıb. Saytlara xidmət qarşılığında pul ödəməsini icra edən Visa kartına da müdaxiləyə cəhd edilib.

Hazırda server bərpa edilib. Saytlara girişin tam bərpası isə yaxın müddətdə  mümkün olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə