Modern.az

"Tvente"dən qayıdan Vaqif Cavadov «Bakı»ya keçdi

"Tvente"dən qayıdan Vaqif Cavadov «Bakı»ya keçdi

17 Avqust 2010, 10:36

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov futbolçu karyerasını «Bakı» klubunda davam etdirəcək. (qol.az). Vaqifin «Bakı»ya keçidi məsələsi tam həllini tapıb və tərəflər bütün məsələlərdə razılığa gəliblər.
Vaqifin keçmiş klubu «Qarabağ»la anlaşa bilməməsi isə maliyyə məsələləri ilə bağlıdır. Verilən məlumata görə, «Bakı» Vaqifə «Qarabağ»dan daha çox pul təklif etdiyindən futbolçu məhz paytaxt komandasında oynamağa üstünlük verib.
Hazırda Vaqifin «Tvente»dən transfer vərəqəsi almaq üçün bu klubun rəhbərliyi ilə danışıqlar apardığı bildirilir.
Bu məsələ həll olunandan sonra «Bakı» Vaqiflə rəsmi müqaviləyə imza atacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə