Modern.az

Səbail rayon Hərbi Komissarlığının keçmiş inzibati binasında qətl

Səbail rayon Hərbi Komissarlığının keçmiş inzibati binasında qətl

17 Avqust 2010, 18:48

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Səbail rayonunda törədilən bir qətlin üstü açılıb.
Məlumata görə, avqustun 12-də saat 17:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 59 saylı ünvanda Səbail rayon Hərbi Komissarlığının keçmiş inzibati binasının ikinci mərtəbəsində qarın nahiyyəsində kəsici-deşici alətlə xəsarəti olan təxminən 45-50 yaşlarında kişi meyitinin aşkar edilib. Bununla əlaqədar rayon Polis İdarəsindən 9-cu daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə foto çəkilişlər aparılmaqla baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd mətbəx bıçağı götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub.

İlkin araşdırmalarla mərhumun 1961-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Məcidov Maksim Həmidoviç olması müəyyənləşdirilib.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1962-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Şıxəliyev Xanlar Şükür oğlu avqustun 16-da saat 17:00 radələrində Xaçmaz rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

X.Şıxəliyev şübhəli şəxs qismində dindirilərkən hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mabahisə zamanı törətdiyini etiraf edib. Belə ki, onlar avqustun 10-da saat 23:00 radələrində qeyd edilən ünvanda spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı X.Şıxəliyev üstündə gəzdirdiyi mətbəx bıçağı ilə M.Məcidovun qarın nahiyyəsinə bir zərbə vurmaqla bıçağı hadisə yerinə ataraq həmin ünvandan uzaqlaşıb.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə