Modern.az

Türk qızı “İngiltərə şahzadəsi” gözəllik yarışmasının finalına çıxdı

Türk qızı “İngiltərə şahzadəsi” gözəllik yarışmasının finalına çıxdı

18 Avqust 2010, 10:29

İngiltərənin paytaxtı Londonda 20 min gənc qızın qatıldığı gözəllik yarışmasında 14 yaşındakı kıprıslı Leyla Hüseyn finalda mübarizə aparacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Londondakı Alexandra Palasda avqustun 19-da keçiriləcək final yarışmasında 16-19 yaş arası gənc qızlar “İngiltərə kraliçası”, 13-15 yaş arası olanlar isə “İngiltərə şahzadəsi” titulu  üzrə mübarizə aparacaqlar.

 “İngiltərə kraliçası və “İngiltərə şahzadəsi” adını alan gənclər dekabrda Çində beynəlxalq gözəlllik yarışmasında İngiltrəni təmsil edəcək. Londonun təhlükəsizlik idarəsi Metropolitan Polis Təşkilatında məmur olaraq çalışan Xədicə və Mustafa  Hüseynin böyük qızı olan Leylanın ən böyük arzusu “İngiltərə şahzadəsi” adını qazanmaqdır. Hazırda Lodondakı Teatr və Dram Məktəbində oxuyan Leyla təhsilini başa vurduqdan sonra rejissor olmaq istəyir.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə