Modern.az

Almaniyada "Borussiya"-"Qarabağ" matçının 45 min bileti artıq satılıb

Almaniyada "Borussiya"-"Qarabağ" matçının 45 min bileti artıq satılıb

18 Avqust 2010, 14:13

Avroliqanın pley-off mərhələsinin “Borussiya” – “Qarabağ” oyununa Almaniyada çox böyük maraq var. Almanlar səbirsizliklə qarşılaşmanı gözləyirlər. Sabah keçiriləcək matça artıq 45 min bilet satılıb. 81 minlik “Siqnal İduna Park” stadionunda beynəlxalq oyunlar üçün 65 min 614 yer ayrılıb. Biletlər matç günü axşama kimi satılacaq.
Stadionun bilet və abonentlər şöbəsinin rəhbəri Mattias Naversnik oyunu 60 min tamaşaçının izləyəcəyini gözlədikləri haqda məlumat verib.
Xatırladaq ki, oyun Bakı vaxtıilə saat 00:05-də başlayacaq. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə