Modern.az

«Borussiya» - «Qarabağ» matçına Azərbaycan telekanallarının layeqdliyi

«Borussiya» - «Qarabağ» matçına Azərbaycan telekanallarının layeqdliyi

18 Avqust 2010, 20:38



Modern.az
-ın məlumatına görə, Avropa Liqasının pley-off mərhələsində mübarizə aparan “Qarabağ”ın səfər oyununun canlı yayımlanması ilə bağlı problem nəhayət həllini tapıb. Məsələ burasındadır ki, Azərbaycanın heç bir telekanalı oyunu canlı yayımlamaq üçün pul xərcləmək istəmirdi.

Hazırda Dortmundda olan «Qarabağ»ın direktoru Əmrah Çəlikəl əməkdaşımıza bildirib ki, məsələylə bağlı Azərbaycan dövlət televiziyasının (AzTV) və «İdman Azərbaycan» kanalı ilə danışıqları son anadək davam etdirilib.

«Borussiya» - «Qarabağ» oyunun yayım hüququ Almaniyanın «Sportfayv» şirkətinə məxsusdur. Cavab matçının yayım hüqüqü isə «Qarabağ» klubuna məxsusudur. Azərbaycan telekanalları «Sportfayv»dan oyunun barter üsulu ilə yayımlanmasını istəsələr də, alman şirkəti buna razılıq verməyib. Şirkət canlı yayımın müqabilində pul istəyib. Azərbaycan telekanalları isə həmin pulu ödəmək istəmədiyindən məsələ düyünə düşüb.

Azərbaycan telekanallarının layeqdliyini görən «Qarabağ» klubunun rəhbərliyinin səyləri nəticəsində sabah Dortmundun «Borussiya» klubuna qarşı keçiriləcək Avropa Liqasının matçı Azərbaycan dövlət televiziyası və «İdman Azərbaycan» kanalı vasitəsilə canlı yayımlanacaq. Yəni oyunun Azərbaycana canlı yayımı üçün qarşı tərəfin istədiyi maliyyəni telekanallarımız deyil, "Qarabağ» klubunun özü üdəməyə razılıq verib.
Xatırladaq ki, «Borussiya» - «Qarabağ» matçı sabah Bakı vaxtıilə saat 00:05-də başlayacaq.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə